Fransada növbədənkənar ümumi seçkilərin qalibi olan solçu Yeni Xalq Cəbhəsi ittifaqı Emmanuel Makrona qarşı etiraz aksiyası keçirib.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxt Parisdə 26 mindən çox, ölkə üzrə isə 110 min nəfər Makrona etiraz olaraq yürüş keçirib.
Qeyd edilib ki, paytaxt Parisdən başqa Renn, Nant, Nitsa, Marsel və Strasburq da nümayişlərin keçirildiyi əsas şəhərlər sırasında olub.
Əli Hüseynov