Ermənistanın əhalisi yaxın 10 ildə 800 min nəfər azalaraq 2,2 milyon nəfərə düşə bilər.
Bakıvaxtı.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Auditorlar Assosiasiyasının rəhbəri Nairi Sarkisyan deyib.
Onun sözlərinə görə, bu vəziyyətin əsas səbəbləri doğum səviyyəsinin aşağı olması, mühacirət və Qarabağdakı müharibənin nəticələridir.
“O cümlədən, ötən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Ukraynada müharibə başladıqdan sonra Rusiyaya gedən vətəndaşların sayı azalıb, lakin ABŞ-yə getmək üçün “Green card” qazanmaq istəyənlər növbəyə düzülüb”, - deyə N.Sarkisyan əlavə edib.
O, ilin sonuna kimi ölkəni tərk edənlərin sayının 2023-cü ilin göstəricisindən çox ola biləcəyini istisna etmir.