İsrailin müdafiə naziri Yoav Qalant oktyabrın 9-da ABŞ-yə planlaşdırılan səfərini təxirə salıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”(WSJ) məlumat yayıb.
Məlumata görə, buna səbəb İsrailin son raket hücumuna cavab olaraq İrana qarşı əməliyyatlara hazırlaşmasıdır.
Qeyd olunub ki, Qalantın səfərinin təxirə salınması qərarını İsrailin baş naziri Binyamin Netanyahu verib.
Mina Mikayılova














