Prezidentin mətbuat katibi Dmitri PeskovUkraynanın NATO-ya qəbulunun mənasını açıqlayıb.
Bakıvaxtı.az bu barədə “TASS”a istinadla xəbər verir.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı ölkələrinin müzakirələri və planları Rusiyaya strateji məğlubiyyət vermək istəyi ilə bağlıdır.
“Aydındır ki, NATO əsas məqsədlərindən birini - Rusiyanı sıxışdırmaq və ona strateji məğlubiyyət vermək məqsədi güdür.
Moskva qəbul edilmiş qərarları və aparılan müzakirələri çox dərindən təhlil edir və sammitin yekunlarına dair bəyannamənin mətnini çox diqqətlə təhlil edir”, - mətbuat katibi qeyd edib.
Mina Mikayılova


jpg-1720691387.jpg)










