• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski İtaliya Konstitusiyasını pozub

DÜNYA

10 Avqust 2024 | 13:48 | Müəllif: Gülşən Şərif

Zelenski İtaliya Konstitusiyasını pozub

İtaliya silahları ilə Rusiya ərazisinə hücum etməklə Ukrayna prezidenti Volodimir Zelenski İtaliya Konstitusiyasını pozub.

Bakıvaxtı.az xəbər verir ki, İtaliyanın “il Fatto Quotidiano qəzeti İtaliya parlamentinin razılığı olmadan Rusiyanın Kursk vilayətinə müdaxilə zamanı İtaliya silahlarından istifadə etdiyini yazıb. Bu isə, faktiki olaraq İtaliyanı Rusiya ilə münaqişəyə çəkir.

“Ukrayna liderinə silah verməklə İtaliya şərikə çevrilir”, - qəzet ekspertlərdən sitat gətirir.

Onların fikrincə, Zelenski tələsik qərarları ilə qırmızı xətti keçib, nəticədə İtaliyanı maksimum təhlükəli vəziyyətə salıb, habelə bütün dünya üçün təhlükə yaradıb.

Bundan əvvəl BMT Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu zamanı mülki şəxslərin müdafiəsinə çağırıb.

Xatırladaq ki, avqustun 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətinin Sudjansk rayonuna hücum edərək Rusiyanın dövlət sərhədini keçib. (azvision.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026