İspaniyada ənənəvi öküz qaçış festivalı zamanı 20 yaşlı gənc öküz tərəfindən vurularaq ölüb.
Bakıvaxtı.az "Son Dakika"ya istinadən xəbər verir ki, hadisə Qvadalaxarada keçirilən festivalda baş verib.
Buğa yarışında xəsarət alan yeniyetmə xəstəxanada dünyasını dəyişib.
El Kasar şəhərinin meri Xose Luis Qonzales Lamola hadisəni "bədbəxt hadisə" adlandırıb və üç günlük rəsmi matəm elan edib. Bələdiyyə binalarında bayraqlar yarıya qədər endirilib, bütün rəsmi tədbirlər ləğv edilib.
Heyvan hüquqları müdafiəçiləri bu cür yarışları qadağan etməyə və daha təhlükəsiz alternativlər təklif etməyə çağırıblar. El Kasar Heyvanları Müdafiə Dərnəyi bu cür yarışların insanlar və heyvanlar üçün təhlükəli olmaqla yanaşı, cəmiyyətə də mənfi təsir göstərdiyini vurğulayıb.
Gülşən Şərif