• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Belarus dövlət sərhədinin təhlükəsizliyini gücləndirib

DÜNYA

09 Sentyabr 2024 | 12:54 | Müəllif: Gülşən Şərif

Belarus dövlət sərhədinin təhlükəsizliyini gücləndirib

"Belarus hakimiyyəti mövcud vəziyyətə adekvat cavab vermək üçün ölkənin cənubunda dövlət sərhədinin təhlükəsizliyini və müdafiəsini gücləndirib".

Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bunu "Milli Müdafiə" jurnalına müsahibəsində Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.

Onun sözlərinə görə, bu tədbir prezident Aleksandr Lukaşenkonun sərəncamı ilə qəbul edilib:

"Ölkəmizdə pilotsuz uçuş aparatlarına (PUA) qarşı kompleks mübarizə və əks-təxribat tədbirləri üçün səmərəliliyin artırılması sistemlərinə xüsusi diqqət yetirilir".

Qeyd edək ki, sentyabrın 8-də Volfoviç Ukrayna-Belarus sərhədində Ukrayna Silahlı Qüvvələrinin 14 min hərbçisinin olduğunu bildirib. Cənub dövlət sərhədi yaxınlığında belarus qrupunun sayı isə 4500-ə yaxın hərbçidir. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026