İranın xarici işlər naziri Seyid Abbas Araqçı növbəti "3+3" görüşündə iştirak edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibollahzadəyə istinadən yazıb.
Görüş Türkiyədə keçiriləcək, ancaq tarix hələlik məlum deyil.
Ermənistan xarici işlər nazirlərinin “3+3” formatında keçiriləcək görüşündə iştirakla bağlı hələlik qərar verməyib.
Qeyd edək ki, görüş bundan əvvəl Tehranda keçirilib.














