ABŞ-də aparılan hazırkı sorğuya görə 49 faiz səs toplayan Demokrat namizəd Kamala Harris respublikaçı rəqibi Donald Trampı qabaqlayır.
Bakıvaxtı.az xəbər verir ki, Noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, "New York Times" (NYT) qəzeti və Siena-nın birgə apardığı sorğu yarışın nəticələrini ortaya qoyub.
NYT tərəfindən yayımlanan xəbərdə demokrat Harrisin sorğuya qatılanların 49 faizinin, Respublikaçı Trampın isə sakinlərin 46 faizinin dəstəyini aldığı qeyd edilib.
Əli Hüseynov













