“Yaxın Şərq böyük regional müharibənin astanasındadır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya formatı - Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının nazirlərin görüşü zamanı deyib.
Nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyətin Qəzza zolağı sakinlərinin kütləvi ölümünü dayandıra bilməməsi bütün regionda hərbi-siyasi vəziyyəti kəskin şəkildə pisləşdirib.
"Eyni zamanda, İsrail və İran arasında qarşıdurma yeni təhlükəli səviyyəyə çatıb”.-deyə o bildirib.
Lavrov həmçinin qeyd edib ki, Rusiya vəziyyətin normallaşması üçün bütün tərəflərlə işləyir.
Mina Mikayılova