Keniyanın mərkəzində yerləşən internat məktəbinin 10-14 yaşlı uşaqlardan ibarət olan yataqxanasında baş verən yanğında ən azı 18 şagird ölüb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumatda qedy edilib ki, baş vermiş hadisə nəticəsində 27 şagird xəstəxanaya yerləşdirilib.
Ölkənin Daxili İşlər naziri Kithure Kindiki bəzi uşaqların ətrafdakı evlərə sığındığını, lakin böyük travma yaşadıqlarını açıqlayıb.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
Əli Hüseynov