• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Almaniya yenidən "Taurus" raketlərini Ukraynaya verə bilər

DÜNYA

30 Dekabr 2024 | 11:45

Almaniya yenidən Taurus raketlərini Ukraynaya verə bilər

"Ukrayna rəhbərliyi müvafiq raketlərdən yalnız Almaniya ilə razılaşaraq istifadə edəcək və buna görə də münaqişənin genişlənməsinin qarşısını almaq olar".

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniyanın Azad Demokratik Partiyasının (FDP) sədri Kristian Lindner deyib.

O, "Taurus" uzaqmənzilli raketlərinin Ukraynaya ötürülməsi zərurətini açıqlayıb. 

"Hadisələrin bu cür inkişafı Berlini münaqişə tərəfinə çevirməyəcək. Almaniya Ukraynadakı müharibənin tərəfi olmamalıdır. "Taurus" qanadlı raketinin çatdırılmasının Almaniyanın təhlükəsizlik maraqlarına zidd olacağını görmürəm" - deyə Lindner bildirib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025