“Mən ikinci dəfədir ki, Bakıya səfər edirəm. Burda olmaqdan şadam”.
Bakıvaxtı.az xəbər verir ki, 74-cü Beynəlxalq Astronavtika Konqresin çərçivəsində Milli Məclisdə keçirilən tədbirdə Almaniya Bundestaqının üzvü Malte Kaufmann bildirib.
Almaniyalı deputat Konqresin işinin təşkili üçün lazımi şəraitin yaradıldığını bildirib: “Həmişə olduğu kimi Bakı qonaqpərvərliyi ilə seçildi. Milli Məclisdə gözəl qarşılandıq. Azərbaycanın parlamentinin inzibati binasının şəraitini də bəyəndim. Burada olan kreslolar Almaniya Bundestaqının kreslolarından yumşaqdır, rahatdır”.
M.Kaufmann bildirib ki, Bakıda keçirilən konqres çərçivəsində xarici həmkarlarımla müzakirə aparmaq imkanı oldu: “Hətta öyrəndim ki, bir ölkədə Kosmos Texnologiyaları Nazirliyi fəaliyyət göstərir. Düşünürəm ki, Almaniyada eyni adlı qurumun yaradılmasına ehtiyac var”.
Ramid İbrahimov