“Ali Baş Komandan İlham Əliyev 15 oktyabr tarixində Xankəndidə bayrağımızı ucaldarkən ermənilərlə ayrıseçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənclərə ötürüb cəmiyyətləri sülhə hazırlamasından danışdı, “Fizuli günləri”ndə çıxış edərkən “biz Zəngəzura sülh yolu ilə qayıdacağıq” dedi, uzaq paytaxtlara səslənərək “regionumzadan əlini çəkin” söyləməklə bütövlükdə Qaqazların lideri kimi bütün xalqlara sülh gətirməkdə maraqlı olduğunu nümayiş etdirdi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Zahid Oruc Sosial Təqiqatlar Mərkəzinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə layihəsi olan “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı ilə bağlı konfransda deyib.
Onun sözlərinə görə, şübhəsiz, xalqımızın məruz qaldığı humanitar fəlakətlər milli düşüncədə və ictimai dildə bəzən sərt, qisasçı, qarşı tərəfi alçaldan ritorikanın da yer almasına səbəb olur. Yaşadıqlarını və yaralarını sarıyaraq, sülh erasına keçmək elə də asan deyil. İctimai həyatın bütün sferalarında nifrət hekayələri bəsləyənlər, onu tirajlayanalar sərhədsiz olaraq, elmdə, təhsildə, mədəniyyətdə, sosial və yazılı mediada belə nifrət kültürü yaymaqla, başqasının demonizasiyına nail olmaqla Ramazan Abtullatipovun dediyi-Qafqazda bir güllə atırsan, 100 il gedir, sözlərini doğrultmağa çalışırlar. Halbuki dövlətimizin ordusu qədər, sülh siyasəti də güclüdür: “Ona görə də barış kursunu sülh ritorikası müşayiət etməli, tarixi yaddaşı qorumaqla bərabər, sülh mesajlarına, keçmişin Zəfərimizin işğında yeni şərhinə ehtiyacı var. Post-münaqişə dövrü Qələbəmizin erməni xalqı deyil, faşizm, təcavükarlıq, işğal və separatizm üzərində qazanıldığını bəyan etməklə regionda sülh savaşını da qazana bilərik. Qonşuluq, coğrafiya taledir və əbədi düşmənçilik dünyanı özü boyda Qəzzaya çevirər. Ona görə də hər iki dövlətin tanınmış siyasətçiləri, intellektualları, ədibləri, sənət adamları, din xadimlərinin ortaq tədbirləri vasitəsilə cəmiyyətlərarası dialoqu genişləndirmək gərəkdir”.
Z.Oruc hesab edir ki, belə platformalarda fəaliyyət göstərən və ortaq müzakirələr aparan ekspertlərin sıralarının genişlənməsi nifrət leksikonunu barış nitqləri ilə əvəz etməyə imkan verər. Hökümət və sivil qurumlar da belə debat və dialoq meydanına şərait yaradarsa, hamının faydasına olar.
“Bəli, prezident İlham Əliyevin ən böyük qələbəsi Qafqazlarda axan əbədi qanı durdurması, bölgəmizə dincliyi, əmin-amanlığı, mübadiləni, açılımı, bütövlüyü gətirməsi, bir sözlə nifrətə son qoymasıdır. Prezidentin missiyası müqəddəsdir!”, - deyə Zahid Oruc vurğulayıb
Aytac Aslan







jpg-1701165894.webp)


jpg-1701154689.webp)




