Bu gün Türkiyənin Milli Təhlükəsizlik Şurası toplantı keçirəcək.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclac ilin son toplantısı olacaq.
İclasda Qəzzada son vəziyyət, Fələstinə humanitar yardımın çatdırılması və terrorla mübarizə əməliyyatları müzakirə olunacaq.
Milli Təhlükəsizlik Şurasının iclasında Qafqazdakı hadisələr də gündəmdə olacaq.
Azərbaycan və Türkiyəni birləşdirməsi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət dəyərləndiriləcək.
İclasın gündəmində antiterror əməliyyatları da olacaq. Ölkə daxilində və sərhəddən kənarda qətiyyətlə həyata keçirilən terrorla mübarizə əməliyyatları hərtərəfli müzakirə olunacaq.
Murad Məmmədli