"Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, o cümlədən kommunikasiyaların açılması və anklav kəndlər məsələsi çox önəmlidir".
Bunu Bakıvaxtı.az-a millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.
Deputat bildirib ki, bu məsələlərin müzakirəsi xeyli zaman tələb etdiyi üçün sülh müqaviləsindən sonraya saxlanmalıdır. A.Mollazadə deyib ki, bu təklifi normal və məntiqli hesab etmək olar: “Amma məlum olduğu kimi Ermənistanda buna dəstək verənlərlə yanaşı, qarşı çıxanlar da var. Bu da ondan xəbər verir ki, Ermənistanda Azərbaycanla sülh müqaviləsinin imzalanmasını mümkün qədər ləngitmək, prosesi yubatmaq təşəbbüsləri ortadadır. Sülh müzakirələrinə qarşı çıxış edənlər revanşist qüvvələr, keçmiş hərbi cinayətkarlar, "Qarabağ klanı"nı təmsil edən şəxslərdir. Həmin qüvvələr yeni müharibə, revanş istəyirlər. Erməni diasporu da məskunlaşdığı Qərb ölkələrində bu istiqamətdə fəaliyyət göstərirlər, hökumətlərə təsir göstərirlər”.
Onun sözlərinə görə, Ermənistanda yaşayan əhali erməni lobbisi üçün qurbanlıqdır: “Yeni faciələrə səbəb olmaqla öz "genosid" mahnılarının ifasını davam etdirməyə çalışırlar. Problem odur ki, İrəvan hökuməti də birmənalı addımlar atmır. Hökumət nümayəndələrinin də bəyanatları bəzən bir-birinə zidd olur. Hakimiyyət qorxudan bu oyunları oynayır".
Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, ola bilsin anklavlar məsələsi delimitasiya çərçivəsində həll olunacaq: "Ermənistanla bəzi anklav məsələləri də ortada var. Ola bilsin ki, anklavlar məsələsi delimitasiya çərçivəsində həll olunacaq. Bizim 8 anklavımız işğal altındadır. Anklav məsələsinin həll edilməməsinin səbəbkarı yenə Ermənistandır. Vaxtilə anklav məsələsi qaldırılanda ermənilər dedilər ki, 1960 və ya 1980-ci illərdə guya bəzi ərazilər qeyri-qanuni səviyyədə Azərbaycana verilib və ona görə tanımırlar. 1929-cu ildə də Naxçıvanın bəzi kəndləri Ermənistana verilib. O zaman niyə 1960-cı illərdəki proseslərə baxılır, ondan əvvəlkilərə baxılmır?.
Aydın Baxış




jpg-1706341823.webp)










