• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ermənistan Rusiyaya qarşı müharibəyə hazırlaşır:  İrəvan sonunu yaxınlaşdırır

SİYASƏT

27 Noyabr 2023 | 15:36

Ermənistan Rusiyaya qarşı müharibəyə hazırlaşır:  İrəvan sonunu yaxınlaşdırır

Fransanın təxminən yeddi təlim mərkəzində Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ermənistandan olan əsgərlərin hazırlandığı deyilir. Bunu rusiyalı hərbi bloger Anastasiya Kaşevarova iddia edib.

Onun məlumatına görə, "Fontevrault L'Abbe"dəki təlim mərkəzi erməni əsgərlərin hazırlığı ilə məşğul olur: “Belə təlim mərkəzlərinin sayı çoxdur. Bəzi təlim mərkəzlərindən foto və video sübutlar da var. Etnik erməni əsgərlər işə cəlb olunurlar, onlar arasında “Artsax”dan gələn könüllü gənclər də var. Proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərir".

Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, belə bir faktın mövcudluğu bir daha göstərir ki, erməni toplumu həqiqətən də ağlını itirib.

Analitik hesab edir ki, bu hazırlığın birbaşa Rusiya və ya Azərbaycana qarşı olub-olmamasından asılı olmayaraq, savaşa hazırlıq erməni toplumunun sonu yaxınlaşdırır: "Əgər ermənilər elə döyüşən idilərsə, əvvəla, Azərbaycan əsgəri ilə döyüşdə məğlub olmazdı. Məğlub toplumun nümayəndələrinin Rusiya ordusuna qarşı döyüşə hazırlanması əsl xəstəlikdir”.

Onun sözlərinə görə, Ermənistan dövlətinin də bu faktın arxasında olması göstərir ki, Nikol Paşinyan rejimi Rusiyanın gec-tez Ermənistanda hakimiyyət çevrilişinə cəhd edəcəyini düşünür. Daha doğrusu, bundan əmindir Odur ki, buna qarşılıq vermək üçün özlərini qorumağa "ordu" hazırlayırlar.

Azər Qasımov: Məğlub toplumun nümayəndələrinin Rusiya ordusuna qarşı döyüşə hazırlanması əsl xəstəlikdir

Müsahibimiz hesab edir ki, hazırlığın kökündə yatan məntiq ancaq bu ola bilər. Onun fikrincə, bu dəstədən daxili qruplara qarşı da istifadə oluna bilər.

“İstənilən halda Ermənistan ölüm-qalım savaşı verməkdədir. İrəvanın fikrincə, son ümid yeri Qərbdir. Qərbin də necə "ümid yeri" olması hər kəsə bəllidir və faktlar ortadadır", - deyə Azər Qasımov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024