• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Əliyevin Sankt-Peterburq səfərindən DETALLAR

SİYASƏT

27 Dekabr 2023 | 14:05 | Müəllif: Qalib İbrahimoğlu

Əliyevin Sankt-Peterburq səfərindən DETALLAR

 “Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfəri əlahiddə bir səfərdir”.

Bunu Bakıvaxtı.az-a beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakını dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, ən azından, regional əməkdaşlıq konteksində MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə əsas detal kimi Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin təmaslarına diqqət elədik. Ə.Əlibəyli qeyd edib ki, sülh müqaviləsinin bağlanmasına yönəlik Şərq və Qərb mərkəzləri arasında ciddi toqquşma var. Bu toqquşma Qərbin Azərbaycanı təhdid etməsi, Ermənistan-Rusiya münasibətlərinin kəskin konfilikt fazasına keçidi fonunda baş verir.

“Elə hesab edirik ki, Azərbaycan-Rusiya münasibətləri konteksində ayrıca qiymətləndirmə aparmaq olar. Bu mənada, çox vacibdir və özündə təhlükəsizlik də başda gəlməklə müxtəlif məsələləri əks etdirir. 10 noyabr razılaşmasının qarantyorlarından biri, təbii ki, Rusiya idi. Bu mənada, qiymətləndirməni ətraflı şəkildə aparmalıyıq”, - deyə müsahibimiz əlavə edib.

Ə.Əlibəyli qeyd edib ki, ən önəmlisi, bu, Şərq mərkəzinin, yəni Rusiyanın Qərb mərkəzi üzərində də müəyyən üstünlük göstərməsidir: “Çünki sülh müqaviləsinin Rusiyada imzalana biləcəyinə yönəlik çağırışlar, təsdiqlər, mövqe üstünlüyü Moskvaya keçdi deyə bilərik. Ona görə də, qısa şəkildə qiymətləndirsək, bu, Azərbaycan üçün çox rasional, məhsuldar və sülh müqaviləsi naminə addımlar atılmasına yönəlik bir görüşdür”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026