• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistan 8 yeni mina xəritəsini Azərbaycana verəcək

SİYASƏT

25 Yanvar 2024 | 21:04 | Müəllif: Subhan Mahmudov

Ermənistan 8 yeni mina xəritəsini Azərbaycana verəcək

Ermənistan Milli Təhlükəsizlik Xidməti yaxın vaxtlarda minalanmış sahələrə dair yeni məlumatları Azərbaycan tərəfinə verəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni qurumun yaydığı məlumatda deyilir.

Bildirilir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti keçmiş hərbi qulluqçuların sorğusundan sonra minalanmış sahələr haqqında məlumatların yer aldığı 8 yeni xəritə müəyyən edilib. 

Xəritələrin əsli Azərbaycana, surətləri isə Ermənistanın beynəlxalq tərəfdaşlarına göndəriləcək. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026