• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Sülh prosesi: Ən faydalı metod birbaşa təmasdır: Vaşinqton da, Brüssel də, Moskva da...

SİYASƏT

23 Fevral 2024 | 16:22

Sülh prosesi: Ən faydalı metod birbaşa təmasdır: Vaşinqton da, Brüssel də, Moskva da...

 "Azərbaycan Ermənistanla sülh danışıqları prosesində heç bir təmasdan birbaşa imtina etmir. Sadəcə olaraq əsas mövqeyimiz, yanaşmamız ondan ibarətdir ki, ən faydalı metod tərəflərin birbaşa təmaslarıdır".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Keçmiş nazir bildirib ki, sülh prosesində "xoş niyyət" göstərən istənilən vasitəçilər öz maraqlarını güdürlər:

"Bu da sülh prosesini daha da mürəkkəbləşdirir. Əgər kənar vasitəçilərin yanaşması fərqli olsaydı və həqiqətən prosesə töhfə versəydi, Bakı həmin platformalarda iştiraka "yox" deməzdi. Köhnə oyunların davam etdiyi müddətcə, Azərbaycanın faydasız platformalarda vaxt itirməsi mənasızdır”.

Müsahibimiz qeyd edib kii, istər Vaşinqton, istər Brüssel, istərsə də Moskva olsun, hərəsi öz marağındadır:

“Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesi çərçivəsində atdıqları addımlar da öz maraqlarını təmin etməyə hesablanıb. Hazırda tərəflər arasında ikitərəfli danışıqlar gedir. Məsələn, sərhəd komissiyalarının görüşləri keçirilir. Düzdür, detallar açıqlanmır, amma mən tərəfdarıyam ki, ictimaiyyətə daha dolğun məlumat verilsin. Çünki görürük ki, adətən görüşlərdən sonra erməni tərəfi bəzi informasiyaların sızılmasına imkan yaradır və nəticələri öz maraqlarına uyğun şərh edirlər. Sülh prosesi həm də iki cəmiyyət arasında getməlidir. Necə ola bilər ki, iki dövlətlə yanaşı, eyni zamanda iki xalq arasında da sülh danışıqları gedir, amma ictimaiyyətdən gizlədilir. Bu, məntiqli deyil".

T.Zülfüqarov əlavə edib ki, sülh prosesi uzunmüddətlidir və bir çox mərhələləri əhatə edir:

"Elə məsələlər var ki, müzakirəsi uzun çəkəcək. Hazırda gündəmdə olan sülhün çərçivə sənədidir. Çərçivə sazişində bütün məqamlar detallı əks olunmur, sadəcə əsas prinsiplərə yer verilir. Digər məsələlərlə bağlı müzakirələr davam etməlidir".

Tofiq Zülfüqarov: Köhnə oyunların davam etdiyi müddətcə, faydasız platformalarda vaxt itirmək mənasızdır

O, Ermənistanın Roma Statusunu ratifikasiya etməsi və Beynəlxalq Məhkəmənin üzvü olmasını da şərh edib:

"Ermənistanın Rusiya əleyhinə olan Roma Statusunu ratifikasiya etməsi İrəvanın öz maraqlarını güdməsindən irəli gəlir. İrəvan müxtəlif hüquqi mexanizmləri öz xeyrinə istifadə etməyə çalışır. Amma Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin rəsmən üzvü olmasından sonra müəyyən addımlar atılacaq. Azərbaycan tərəfi Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmələrdə iddialar qaldırıb. Nəticə əldə olunanadək bu istiqamətdə addımlar atılacaq".

Qeyd edək ki, İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Qriqoryan qeyd edib ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq. Həmçinin əlavə edilib ki, cari ilin 4 yanvar tarixində Ermənistan sülh müqaviləsi layihəsinə dair təkliflərini Azərbaycana təqdim edib və ötən ayın sonunda Azərbaycanın XİN rəhbəri buna yaxın həftələrdə cavab veriləcəyini vəd edib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın zamanda görüşəcəklər. Qeyd edib ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq. Xatırladaq ki, rəsmi İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi almasını təsdiqləyib.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024