• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

APA-nın plenar sessiyası başa çatdı

SİYASƏT

23 Fevral 2024 | 15:45

APA-nın plenar sessiyası başa çatdı

Fevralın 23-də Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası öz işini başa çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edib.

    Plenar sessiyanın ikinci günündə APA-nın daimi komitələrinin hesabat məruzələri dinlənilib. Sonra Bəhreyn, İraq, Qətər, Rusiya Azərbaycanın sədrlik etdiyi APA-nın 2024-cü il üçün sədr müavinləri qismində seçilib.

    Daha sonra Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasının (ASGAP) APA-ya müşahidəçi statusu məsələsinə baxılıb.

    APA-nın 14-cü sessiyasının sonunda Bakı Bəyannaməsi və Assambleyanın yekun hesabatı qəbul edilib.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024