Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil oluna mitinqdə çıxışı zamanı deyib.
O bildirib ki, beynəlxalq təşkilatlar Suriyadakı, Qəzzadakı hadisələrə də səssiz qalırlar: “BTM Təhlükəsizlik Şurası baş verənlərlə bağlı səsini çıxarmır. Bu, onu deməyə əsas verir ki, BMT TŞ artıq işlək qurum deyil”.
R.T.Ərdoğan söyləyib ki, beynəlxalq təşkilatlar Türkiyə həqiqətlərinə də səssiz yanaşırlar: "Ona görə də deyirik ki, bizi heç bir beynəlxalq təşkilat müdafiə edə bilməz. Özümüz özümüzü qorumalıyıq. Bir vaxtlar bizə silah satmayanlar indi bizdən silah istəyirlər".