• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Papikyan-Jaksilikov görüşü: Hansısa gizli bir sövdələşmə axtarmaq düzgün deyil

SİYASƏT

25 Yanvar 2024 | 16:40 | Müəllif: Qalib İbrahimoğlu

Papikyan-Jaksilikov görüşü: Hansısa gizli bir sövdələşmə axtarmaq düzgün deyil

Ermənistan müdafiə naziri Suren Papikyan və Qazaxıstan müdafiə naziri Ruslan Jaksilikov arasında görüş baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Tərəflər əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıblar. Qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Görüşün sonunda Papikyan və Jaksilikov 2024-cü il üçün müdafiə sektorunda əməkdaşlıq planı imzalayıblar. Sənəd Ermənistan və Qazaxıstanda bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, S.Papikyan həmkarının dəvəti ilə Qazaxıstana səfər edib.

Ermənistanla Qazaxıstan arasında imzalanmış əməkdaşlıq sazişinin məzmunu və bu prosesin münasibətlərin Azərbaycan-Qazaxıstan münasibətlərinə təsirlərini şərh edən politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a bildirib ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edir. KTMT-nin gündəliyində bir çox məsələ var ki, onlar konsensus tələb edir:

“Bütün ölkələr razılıq verməlidirlər ki, gündəlik razılaşdırılsın. İl ərzində Qazaxıstanda KTMT üzvlərinin içtirakı ilə 4 birgə hərbi təlim və siyasi dialoqlar nəzərdə tutulub. Son zamanlar Ermənistan KTMT-də iştirak etmir. Real olaraq öz fəaliyyətini dayandırıb. Belə olan halda Qazaxıstanın gündəliyi müəyyən dərəcədə problematik görünür və onun faydalı iş əmsalının real tutumu aşağı enir”.

Onun sözlərinə görə, Ermənistan tərəfi bütün göstəriciləri pozur:

“Qazaxıstan istəyir ki, bu məsələyə müəyyən dərəcədə aydınlıq gətirsin. Məlum görüş də bu məsələ ilə bağlıdır. Bu mənada Qazaxıstan KTMT-nin sədri olaraq, Ermənistanın müdafiə nazirini dəvət edib. Bu görüşdə hansısa gizli bir sövdələşmə axtarmaq düzgün deyil. Heç bir qapalı söhbətlər olmayacaq”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026