• Bakı 8° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdi

SİYASƏT

27 Dekabr 2023 | 00:08 | Müəllif: Subhan Mahmudov

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdi

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası qərar verib. Qərara əsasən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq  Aynur Mustafa qızı Süleymanova 27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilib.

Günay Bakir qızı Əsədova 37 saylı Qaradağ, Valeh Zakir oğlu Ocaqverdiyev 110 saylı Balakən, Zülfüqar Cəfər oğlu Cəfərov 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin ediliblər. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR