• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənilərin ictimai leksikonu və siyasi məfkurəsi zəhərlənib

SİYASƏT

30 Oktyabr 2023 | 10:23 | Müəllif: Qalib İbrahimoğlu

Ermənilərin ictimai leksikonu və siyasi məfkurəsi zəhərlənib

“Göründüyü kimi, "nifrət nitqləri və cinayətləri" siyasətə çevrilməklə, dövlət idarəçiliyinin ən yüksək səviyyəsinə daşınmaqla təkcə fərdlərə deyil, bütöv xalqlara və regionlara təhlükə gətirir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Zahid Oruc Sosial Təqiqatlar Mərkəzinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə layihəsi olan “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı ilə bağlı konfransda deyib.

Onun sözlərinə görə, on illər ərzində türk məfhumunu “düşmən” sözünün sinonimi kimi tirajlayanlar məişətdən dövlət səviyyəsinə qədər bir-birilə o dildə danışıblar. Z.Oruc qeyd edib ki, əlbəttə, ailə tərbiyəsinin kanonları burada mühüm rol oynayır.

“Ermənistan Baş nazirinin etirafı ictimai leksikonun və siyasi məfkurənin nə qədər zəhərləndiyini göstərir. Paşinyandan sitat: ”mənə “türk Nikol” deyirlər. Lakin mən bunu təhqir saymıram”. Göründüyü kimi, şüurlara əkilən zərərli toxumlar təkcə Türkiyə və Azərbaycana deyil, elə ermənilərin özünə də zərbə vurur”, - deyə Zahid Oruc əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026