• Bakı 24° C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Almaniyalı nazir rəsmi Pekini tənqid edib

DÜNYA

02 Dekabr 2024 | 16:12 | Müəllif: Əli Hüseynov

Almaniyalı nazir rəsmi Pekini tənqid edib

Almaniyanın xarici işlər naziri Annalena Berbok Çinə səfərindən əvvəl Pekin administrasiyasını tənqid edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, almaniyalı nazir Çinə səfərindən öncə mətbuat konfranslarının birinə rəsmi Pekini Rusiyaya dəstəyinə görə tənqid edib: 

"Çin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik şurasının üzvü olaraq dünyada sülh və təhlükəsizliyi öz üzərinə götürmək əvəzinə Rusiyaya iqtisadi yardım və silah dəstəyi göstərməklə maraqlarımıza qarşı çıxır".

O, həmçinin, Çinin ticarət siyasəti ilə bağlı sərt fikirlər səsləndirib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026