Əcnəbilərin Rusiyada vizasız müvəqqəti qalma müddəti iki dəfə azaldılıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gündən, yəni yanvarın 1-dən Rusiyaya vizasız gələn xarici vətəndaş il ərzində 90 gündən çox Rusiya Federasiyası ərazisində qala bilməz.
İndiyə kimi uzunmüddətli vizası olmayan əcnəbilər Rusiya Federasiyasının ərazisində 6 ay ərzində 90 gün qala bilirdilər.
Rusiya Daxili İşlər Nazirliyindən bildirilib ki, yeni qayda ölkəyə təhsil almaq üçün gələn, patent almış (işləmək icazəsi üçün sənəd-red), işəgötürənlə əmək münasibətləri olan və ya digər hüquqi statusu olan əcnəbilərə şamil edilməyəcək.