ATƏT-in Minsk qrupu 2022-ci ilin fevralında fəaliyyətini dayandırıb.
Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Diplomat qeyd edib ki, ATƏT-in Minsk qrupu özünün fəaliyyət məqsədini itirib. Onun sözlərinə görə, vaxtı çatmış bu fakt Azərbaycan ilə Ermənistan arasında çoxdan gözlənilən münasibətlərin normallaşdırılmasına da kömək etməlidir.