Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində baş verən qətlin təfərrüatları məlum olub.
Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə bir yerdə fəhlə işləyən Zəfər Məmmədov və Hüseyn Həsənovun sözügedən ərazidə günü 4 manata qaldıqları evdə baş verib.
Belə ki, onlar birlikdə yeyib-içdikləri vaxt biri digərinə qarşı qeyri-etik ifadə işlədib. Nəticədə Hüseyn Zəfərə 23 bıçaq zərbəsi endirib. Zəfər Məmmədov aldığı xəsarətlərdən ölüb.
Ev sahibi Gülxanım Abbasova deyir ki, Zəfər Məmmədov həmin mənzildə 20 gün olardı kirayə qalıb. Sonradan Zəfər Hüseynin də onunla birgə qalmasını təklif edib.
Gülxanım Abbasovanın sözlərinə görə, Hüseyn hadisəni törətdikdən sonra evi yandıraraq getmək istəyib. Lakin qadın qonşuları çağırıraq hadisəni törədən şəxsi polisə təslim edib.
Qeyd edək ki, ilkin araşdırmalarla cinayətin Hüseyn Həsənov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
Bakı 




