• Bakı C

    9.27 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Toy karvanında qəza törətdi - Həbs olundu

CƏMİYYƏT

04 Mart 2026 | 17:06

Toy karvanında qəza törətdi - Həbs olundu

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları toy karvanında avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan və yol-nəqliyyat hadisəsi törədən sürücü Rafiq Məlikovu saxlayıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən onun yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozduğu müəyyən edilib.

Belə ki, R.Məlikov barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.


SON XƏBƏRLƏR