Uşaqlarda artıq çəki və piylənmə anlayışları xalq arasında bəzən eyni mənada istifadə olunsa da, tibbi terminologiyada fərqləndirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, uşaqlarda bədən kütlə indeksi (BKI) əsas göstərici kimi qəbul olunur.
“Əgər BKI 80-85-ci faiz göstəricisinin üzərindədirsə, bunu artıq çəki hesab edirik. 95-ci faiz və daha yuxarı göstəricilər isə artıq piylənmə dərəcəsi kimi qiymətləndirilir. Bundan aşağı rəqəmlər isə normal sayılır. Bəzən piylənmənin yüngül forması da artıq çəki kimi qəbul edilir”, - deyə mütəxəssis bildirib.
Azad Əkbərzadə vurğulayıb ki, bu cür konkret rəqəmlər valideynlərə uşağın çəkisinin normal olub-olmadığını anlamağa kömək edir və piylənmənin erkən mərhələdə aşkarlanmasına şərait yaradır.
Zeynəb Rzayeva
Bakı 




