Amerikalı üzgüçü Qretçen Uolş bir gündə iki dəfə 100 metr məsafəyə kəpənək üsulu ilə üzməkdə dünya rekordu müəyyənləşdirib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançı bunu Fort Lauderdeyldə (ABŞ, Florida) keçirilən turnirdə reallaşdırıb.
İdmançı ilkin mərhələdə 55,09, finalda isə 54,60 saniyə nəticə göstərib. Bundan əvvəlki dünya rekordu da məhz Uolşa məxsus idi - 55,18 saniyə.
Qeyd edək ki, 22 yaşlı üzgüçü 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iki qızıl və eyni sayda gümüş medal qazanıb. O, həmçinin 2023-cü ildə təşkil olunan dünya çempionatında qızıl, gümüş və bürünc medallar qazanıb. 2024-cü ildə amerikalı dünya çempionatında 7 qızıl medal qazanıb, həmçinin 9 dünya rekordu müəyyənləşdirib.