• Bakı 23° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Amrabat "Fənərbağça" üçün İstanbula gəlir

İDMAN

30 Avqust 2024 | 13:55 | Müəllif: Əli Hüseynov

Amrabat "Fənərbağça" üçün İstanbula gəlir

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Sofyan Amrabat bu gün İstanbula gələcək.

Bakıvaxtı.az xəbər verir ki, “sarı-lacivərdlilər” müqavilə ilə "Fiorentina"ya məxsus olan mərakeşli futbolçunun keçidi üçün İtaliya təmsilçisi ilə anlaşıb.

Ötən mövsüm icarə əsasında İngiltərənin "Mançester Yunayted" klubunda çıxış etmiş 27 yaşlı müdafiəçi bu gün Bakı vaxtı ilə saat 16:30-da Atatürk Hava Limanında olacaq. Ardınca isə tibbi yoxlanışdan keçəcək.

Oyunçu ilə 1+3 illik sözləşmə imzalanacaq. O, “Fənərbağça”da 6 nömrəli formanı geyinəcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026