• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul

CƏMİYYƏT

09 Sentyabr 2024 | 17:55

Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul

“Omeqa-3” yağ turşuları ilə zəngin balıqları daha çox yeyən qadınların autizmli uşaq dünyaya gətirmə ehtimalı daha azdır.

Bu barədə Bakıvaxtı.az “HealthDay” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, alimlər təxminən dörd min qadının məlumatlarını təhlil ediblər. Onlar hamiləlik dövründə balıq yeyən və ya ümumiyyətlə balıq yeməyən xəstələri müqayisə ediblər.

Anaları hamiləlik dövründə daha çox balıq yeyən uşaqlarda autizm və ya autizm spektri pozğunluğu diaqnozu qoyulma ehtimalı daha azdır.

Nəticələr həm tez-tez (həftədə iki dəfədən çox), həm də nadir hallarda (həftədə bir dəfədən az) balıq yeyən qadınlar üçün oxşar olub. Omeqa-3 əlavələrinin qəbulu autizm riskinə heç bir təsir göstərməyib.


SON XƏBƏRLƏR

16 Sentyabr 2024