• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Anar Aygünün bostanına daş atdı: "Onu qaza gətirməyin"

 

MƏDƏNİYYƏT

15 May 2023 | 12:43 | Müəllif: Qalib İbrahimoğlu

Anar Aygünün bostanına daş atdı: "Onu qaza gətirməyin"

Stilisti Anar Ağakişiyev məşhur müğənni Beyonsun konsertində olub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə payıaşım edib. A.Ağakişiyevin paylaşımda "Əsl diva! Sözün əsl mənasında qadın!' başlığını yazması izləyicilərin diqqətindən yayınmayıb. Belə ki, əksəriyyət  "Aygün Kazımovaya atmaca atırsan", "Onlarda odursa, bizdə Aygündür", "Niyə söz atırsan" tipli şərhlər yazıblar.

Stilist yazılanlara cavab vermək üçün story bölməsində video paylaşıb.

"İlk növbədə xarici görünüşlə müqayisə olunmaz. Yerlə göy qədər fərq var. Yozdugunuz adam topladı 10 min, lap 30 min adam, ancaq o konsertdə 350 min nəfər var idi. Göydən düşdü, yerdən çıxdı əsl səhnə qadını kimi. Onu da qaza gətirməyin, özünüzü güldürməyin, bəsdirin",- deyə qeyd edib.

Xəyalə Rza

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026