Xalq artisti Röya Ayxan Mayamidən ev alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sənətçi ötən gün albom təqdimatında jurnalistlərlə söhbətində deyib.
Müğənni oğlu Hüseynə yaxın olmaq üçün həmin evi aldığını bildirib: "Mayamidən ev aldığım üçün Allaha təşəkkür etdim. Oğlum deyir ki, Amerikada oxuyacam. Ona yaxın olmaq üçün oradan aldım".
Xalq artisti Bakıdan köçməyi düşünmədiyini deyir.
"Yeganə adamam ki, hər ölkədə evim olmağına can atıram", - deyə müğənni qeyd edib.
R.Ayxan sonda qeyd edib ki, Mayamiyə yaşamağa yox, sadəcə istirahətə gedəcək: "Burada tanınmışam, fəxri ad almışam. Dövlətin Xalq artistiyəm".
Xəyalə Rza
















