Şairə Nazilə Səfərli ilə müğənni Dana Durdana arasında qalmaqal yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb müğənninin XTQ kapitanı şəhid İsmayıl Səmədovla bağlı səsləndirdiyi fikir olub.
"Allah dünyasını dəyişən şəhidlərimizə rəhmət etsin. Mənim də payıma şəhid Səməd İsmayılovun çəkdiyi videoda "Dana Durdana gəlir" deməsi düşdü. 3 il əvvəl baş vermişdi bu hadisə. Özümü şanslı hiss edirəm. Digər məşhurlar yox, yalnız mənim adımı çəkməyi həqiqətən duyğulandırdı məni".
Müğənni həmin səsdən klipdə də istifadə etdiyini bildirib.
Nazilə Səfərli isə Dana Durdananın bu fikirlərinə qarşı çıxıb: "Qızım, düzgün ifadə edək, sənə şərəf verib. "Mənim payıma düşüb" yaxşı səslənmir. Mən səni başa düşürəm, ancaq belə deyəndə fikir haçalanır. Mən söz satıram, mənlə sözdə güləşmə. De ki, o şəhidin səsi mənə xatirə qaldı, hədiyyə qaldı. Deyirsən ki, payıma düşdü".
Müğənni isə çox keçmədən cavab verib: "Mənim kifayət qədər Azərbaycan dilində cümlə qurma bacarığım var".
Onlar arasında gedən mübahisədə bir qisim Dananın yalnış dediyini düşünsə də, Naziləni "paxıl" adlandlaraq qınayanlar olub.
Xəyalə Rza












jpg-1691739012.webp)



