• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Disney Plus 3 ayda 11 milyondan çox üzvünü itirdi

MƏDƏNİYYƏT

11 Avqust 2023 | 11:03 | Müəllif: Subhan Mahmudov

Disney Plus 3 ayda 11 milyondan çox üzvünü itirdi

Atatürk serialını yayımlamamaq qərarı ilə Türkiyədən böyük reaksiya alan Disney Plus qlobal bazarda da ən böyük üzv itkisini yaşayır. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, platformanın 3 ayda 11,7 milyon üzvünü itirdiyi açıqlanıb.

Bu ilin üçüncü rübünün maliyyə hesabatını açıqlayan Disney iyulun 1-dən qlobal istifadəçilərin sayının 7,4 faiz azaldığını bildirib. Son 3 ayda bəzi ölkələrə aid məzmunları aradan qaldıran platformanı 11,7 milyon istifadəçi tərk edib.

Xatırladaq ki, Disney Plus Atatürk serialını Türkiyədə yayımlamamağa qərar vermişdi. Reaksiyaya səbəb olan bu qərardan sonra platformanı boykot çağırışı edilmişdi. Tənqidlərindən sonra avqustun 2-də açıqlama verən “The Walt Disney Company” Türkiyə baş direktoru Cenk Soner "Cümhuriyyətimizin 100-cü ildönümündə Atatürk məzmunumuzu izləyicilərimizə təqdim edəcəyik. Filmin iki hissəli olmasını düşünürük. Əvvəlcə kinoteatrlarda, sonra is “Fox TV”-də yayımlanacaq” – deyə açıqlama vermişdi.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026