• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Daha bir ölkədən “Barbie” qadağası

MƏDƏNİYYƏT

11 Avqust 2023 | 16:09 | Müəllif: Qalib İbrahimoğlu

Daha bir ölkədən “Barbie” qadağası

Dünyada rekordlar qıran və gündəmdə qalan “Barbie” filmini qadağan edən ölkələrin sayı artmaqdadır.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki,  bu dəfə Pakistanda “Barbie”yə qadağa qoyulub.

Məlumata görə, Pakistanın Pəncab əyalətində filmdə “uyğun olmayan məzmun” olduğu səbəbilə dilmin nümayişi təxirə salınıb. Pakistan rəsmiləri etiraz edilən məzmunun nə olduğu barədə açıqlama vermətiblər.

Filmin nümayişi uzun müddət müzakirə edilən ölkələrdən biri də Filippin olub. Filippin ada ölkəsi filmə qadağa qoymaq əvəzinə, filmdə yer aldığı iddia edilən Cənubi Çin dənizində Çinin iddia etdiyi torpaqları göstərən “doqquz tireli” xəritəni kəsmək qərarına gəlib.

Qeyd edək ki, Margot Robbie və Ryan Gosling-in rol aldığı film iyulun 21-də nümayiş olunduqdan sonra bütün dünyada 1 milyard dollardan çox gəlir əldə edib. “Barbie” kuklası və dostu Kenin real dünyada kimliklərini kəşf etməsindən bəhs edən film yayımlanmadan əvvəl müzakirələrin mərkəzində idi.

İyulun əvvəlində Vyetnam bir səhnədə Çinin Cənubi Çin dənizindəki iddialarını göstərən "doqquz tire" xəritəsindən istifadə etdiyi üçün filmi qadağan edib. Bu ilin ikinci ən çox gəlir gətirən filmi olmağı bacaran “Barbie” filmi Livanda da nümayiş olunmayacaq. Livanın Mədəniyyət naziri Məhəmməd Mortada verdiyi yazılı açıqlamada "Barbie" filminin "homoseksuallığı təbliğ etdiyi" və dini dəyərlərə zidd olduğu səbəbi ilə kinoteatrlarda nümayiş olunmayacağını açıqlayıb. Qeyd edək ki, Livan 2017-ci ildə gey yürüşlərinə icazə verən ilk ərəb ölkəsi olub.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026