Günlərdir roman mövzulu ad günü partisi ilə adından söz etdirən türkiyəli müğənni Zeynep Bastığın yeni sevgilisi məlum olub.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, məşhur müğənni iş adamı Ali Can Ayyıldızla eşq yaşadığı ortaya çıxıb.
Belə ki, Zeynep ad günündə Alı Can Ayyıldızın qucağına atılıb poza verib. Sözügedən açıq-saçıq pozasını sosial media hesabında paylaşan Ayyıldız sevgisini etiraf edib.
Cütlüyün fotoşəklinə qısa müddətdə xeyli bəyənmə və şərh gəlib
Qeyd edək ki, gənc müğənni Zeynep Bastık bir dəfə evli olub. Lakin çox keçmədən bu izdivacı başa çatıb.
Xəyalə Rza















jpg-1691739012.webp)


