"Allah İlhamə Quliyevaya rəhmət etsin. Ondan sonra şou-biznes çox dəyişib. Bu dəyişim də pisə doğrudur".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova verilişlərin birində qonaq olarkən deyib.
Onun sözlərinə görə, indiki müğənnilər sənətkarlardan çəkinmirlər: "Biz böyük-kiçik yeri bilirdik. Sənətkarların qarşısında özümüzü saxlayırdıq. Özümüzdən böyük olanda danışmağa çəkinirdik. İndikilər "TikTok"a düşsünlər deyə tini dönüb oxuyurlar".
Səidə Dadaşova Xalq artisti İlahmə Quliyeva ilə münasibətlərindən də danışıb: "İlhamə xanım məni çox istəyirdi. O, həmişə deyirdi ki, canım mənim Sayidickam, sən başqasan. Biz ikimiz də eyni bürcün nümayəndəsiyik. O da şir idi, mən də".
Xəyalə Rza
















