Türkiyəli məşhur müğənni Sərdar Ortaçın tabutu oğurlanıb.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir. Məlumata görə, sənətçinin klip çəkilişində istifadə olunan "ağ tabut" oğurlanıb.
Bildirilir ki, çəkilişdən sonra tabut anbara aparılıb. Anbardan tabutu oğurlayan şəxs "Məqsədim oğurluq deyil. Klipdə istifadə olunan tabutu sizin pərəstişkarınız olaraq və sizdən xatirə olaraq aldım" deyə qeyd qoyub.
Onun bu addimi hər kəsi heyrətləndirib.
Qeyd edək ki, sözügedən tabut "Bilsem ki" ifasının klipində istifadə edilib.
Xəyalə Rza





jpg-1691739012.webp)












