• Bakı 9° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Azərbaycan əsilli məşhur aktyora VƏZİFƏ VERİLDİ

MƏDƏNİYYƏT

11 Avqust 2023 | 09:29

Azərbaycan əsilli məşhur aktyora VƏZİFƏ VERİLDİ

Əslən azərbaycanlı olan Türkiyənin sevilən aktyoru Taner Karadağlıya vəzifə verilib.

Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, Prezident Ərdoğanın imzası ilə Rəsmi Qəzetdə dərc olunan qərarla yeni təyinatlar həyata keçirilib.

Verilən qərara əsasən, aktyor Tamer Karadağlı Dövlət Teatrlarının Baş İdarəsinə müdir təyin edilib.

Yeni qərarla bağlı mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu sosial şəbəkədə paylaşım edib: “Cənab Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə Dövlət Teatrları Baş İdarəsinə təyin olunan Tamer Karadağlıya yeni vəzifələrində uğurlar arzulayır, inanıram ki, teatr səhnəsində mühüm izlər buraxacaq, mədəni irsimizə dəyər qatacaq”.

Xəyalə Rza


Azərbaycan əsilli məşhur aktyora VƏZİFƏ VERİLDİ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR