Türkiyəli məşhur müğənni Tan Taşçı ağır yol qəzası keçirib.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir. Belə ki, müğənninin idarə etdiyi "Cip" markalı avtomobili "TIR"la toqquşub. Verilən məlumata görə, Tan Taşçı və meneceri Ecmel Kayahan, eləcə də onlarla birlikdə Mahmut Emre qəza nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, onların həyati təhlükəsinin olmadığı, xəstəxanada müalicənin davam etdiyi bildirilib.
Xəyalə Rza







jpg-1694241857.webp)












