• Bakı 20° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Anar Quliyev: WUF13 Bakıda qlobal şəhər gündəliyini formalaşdıran mühüm platforma oldu

WUF13

22 May 2026 | 13:24

Anar Quliyev: WUF13 Bakıda qlobal şəhər gündəliyini formalaşdıran mühüm platforma oldu

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) inklüziv və dayanıqlı şəhər inkişafı üzrə qlobal əməkdaşlıq üçün yeni mərhələ açdı”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13-ün rəsmi bağlanış mətbuat konfransında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev səsləndirib.

O bildirib ki, Bakıda keçirilən forum təkcə Azərbaycan üçün deyil, bütün dünya şəhər icması üçün mühüm bir mərhələ olub və tədbirə 125 ölkədən on minlərlə nümayəndə qatılıb.

Anar Quliyev qeyd edib ki, WUF13 çərçivəsində 400-dən çox əsas tədbir təşkil olunub, yüzlərlə yüksək səviyyəli çıxış və müzakirə şəhər inkişafı üzrə qlobal dialoqa töhfə verib.

Onun sözlərinə görə, forumda ilk dəfə keçirilən Liderlər Bəyanatı və yüksək səviyyəli nazirlər görüşü qlobal urban gündəliyinə siyasi dəstəyin güclənməsini nümayiş etdirib.

Bildirilib ki, Azərbaycan forum çərçivəsində şəhərsalma, mənzil təminatı və dayanıqlı inkişaf sahələrində öz milli transformasiya gündəliyini təqdim edib, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərini diqqətə çatdırıb:

““Böyük Qayıdış” proqramı çərçivəsində 12 şəhər və 300-dən çox kəndin yenidən qurulması istiqamətində işlər aparılır və keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışı təmin olunur”.

Çıxışda həmçinin qeyd olunub ki, WUF13-ün mirası olaraq innovasiya, beynəlxalq əməkdaşlıq və dayanıqlı şəhər inkişafını dəstəkləyən yeni təşəbbüslər və standartlar formalaşdırılıb.

Anar Quliyev əlavə edib ki, forum şəhər inkişafında dövlətlər, özəl sektor və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığının nə qədər vacib olduğunu bir daha göstərib.:

“WUF13 qlobal şəhər gündəliyinə uzunmüddətli təsir göstərəcək mühüm nəticələrlə yadda qalacaq”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

21 May 2026