• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Anası bizi şərləmək istədi” - Dubayda saxlanılan azərbaycanlılar

CƏMİYYƏT

30 Yanvar 2024 | 19:59 | Müəllif: Subhan Mahmudov

“Anası bizi şərləmək istədi” - Dubayda saxlanılan azərbaycanlılar

Xəbər verdiyimiz kimi, Dubayda iki Azərbaycan vətəndaşı qaradərili uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün saxlanılıb.

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) turist kimi gedən azərbaycanlılar dekabrın 11-dən ökəyə qayıda bilmirlər.

Bakıvaxtı.az xəbər verir ki, dubayda saxlanılan Emin Cəlilov və Mehman Pənahov hadisənin təfərrüatlarını Baku TV-yə danışıblar.

"Uşağın anası bizə şər ataraq təzminat almaq istədi. Lakin burada təzminatlıq bir şey yoxdur. Emin uşaqla şəkil çəkdirərək "Tovuza salam"göndərməyini istəyib. Daha sonra biz onlardan ünvan soruşduq, onlar bizi polis məntəqəsinə apardı", - Mehman Pənahov deyib. 

M.Pənahov, həmçinin əlavə edib ki, onlar polis məntəqəsində 2 gün nəzarətdə qalıblar: "Bizi 2 gün orada saxladılar və sənədlərimizə stop qoyuldu. Oradan çıxdıqdan sonra artıq 48-ci gündür hoteldə qalırıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026