• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

BQXK-dan azan əsgərimizlə bağlı AÇIQLAMA

CƏMİYYƏT

29 Fevral 2024 | 17:03

BQXK-dan azan əsgərimizlə bağlı AÇIQLAMA

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçında əlverişsiz hava şəraitində azan və Ermənistan tərəfindən saxlanılan əsgərimizlə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BQXK-nın Bakı ofisinin “X” hesabında paylaşım edilib.

“Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı aidiyyəti orqanlarla konfidensial, ikitərəfli dialoq aparırıq”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Laçında xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan hərbçisi Ruslan Pənahov Ermənistan hərbçiləri tərəfindən saxlanılıb. Onun barəsində bir neçə uydurma ittiham üzrə cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026