• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İbtidai dərs yükü azaldılacaq?

CƏMİYYƏT

29 Fevral 2024 | 16:56

İbtidai dərs yükü azaldılacaq?

“İbtidai dərs yükünün azaldılması nəzərdə tutulmur, çünki bizə görə çox deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin 29 fevral 2024-cü il tarixli brifinqində nazir Emin Əmrullayev deyib.

“Azərbaycan məktəbində dərslərin sayı da, həftələr də azdır. Keçmişdə oxuyanlar indi oxuyanlarla müqayisədə elə bil 12 oxuyublar. Biz uşağımızın qonşu ilə rəqabət aparmasını istəyirik, yoxsa dünya ilə? Bizim məzmun uyğundur, nə ağır, nə çətin. Biz tədrisi həddən artıq arzularla yükləmişik. Bunlar yazıq uşağın üstünə yüklənib. Mən bunun üçün gərək saatları azaldım, bu zaman gərək müəllim azalsın. Əgər sifariş belədirsə, mən edim. 24 saat müəllimlərin maaşıdır. Biz qərar versək ki, saatı 22 saat edək, bu o deməkdir ki, müəllimlərin maaşını azaldaq. Bizdə 100-dən 8-10 uşaq var ki, Sinqapur və s. yerlərdə təhsil alanlardan geri qalmır. Təhsilin ağlr, yüngül olmasını necə müəyyən edirik? Hazırda təhsil yükünün yüngülləşməsi imkanımız var. Bir addım atmışıq, biri də olacaq. Mənə görə, imtahanlar çoxdur, bu qədər imtahana ehtiyac yoxdur. Bəzi orta məktəb imtahanları azaldıla bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026