• Bakı C

    7.75 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

Anasını döydüyü üçün atasını bıçaqlayan 15 yaşlı qız - Ev dustağı oldu

CƏMİYYƏT

05 Fevral 2026 | 20:17

Anasını döydüyü üçün atasını bıçaqlayan 15 yaşlı qız - Ev dustağı oldu

Bakıda atasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə qız barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bakıvaxtı.az  Report-a istinadən xəbər verir ki, bu barədə Nizami rayon məhkəməsində qərar qəbul edilib.

Belə ki, Nizami Rayon Prokurorluğu tərəfindən yeniyetməyə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan qızı tərəfindən xəsarət yetirilməsi nəticəsində növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Onu da qeyd edək ki, qızın atasını anasını döydüyü üçün bıçaqlandığı iddia olunur.


SON XƏBƏRLƏR