• Bakı C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Ancelina Coli - “Onunla işləməyi çox sevdim”

DÜNYA

03 Yanvar 2025 | 09:50

Ancelina Coli - “Onunla işləməyi çox sevdim”

Dünyaşöhrətli aktrisa Ancelina Coli həmkarı, Türkiyənin “Emmi” mükafatlı aktyoru Haluk Bilginer haqqında iltifatla danışıb. 

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Bilginerlə bərabər “Mariya” filmində baş rolu canlandıran Coli onunla işləməyi çox sevdiyini açıqlayıb. 

“Tanış olduqdan dərhal sonra dost olduq. Haluk Mariyanı tapmağıma kömək etdi. Onun Onassisə necə aşiq ola biləcəyini anlamağa kömək etdi. Onun çəkiliş meydançasında olmasını və onunla işləməyi çox sevdim. Həqiqətən də, Pablonun dediyi kimi, o qədər parlaq aktyordur ki, rolunu oynadığını hiss etmirsən. Sadəcə olaraq birlikdə bir təcrübə keçdiyini hiss edirsən”,- Ancelina bildirib. 

Məlumat üçün bildirək ki, ötən ilin 11 dekabr tarixindən etibarən rəqəmsal platformada tamaşaçıların ixtiyarına verilən “Mariya” “Oskar” yarışının güclü namizədləri sırasındadır.

Filmdəki mahnı səhnələrində Colinin öz səsi və Kallasın orijinal səsyazmaları qarışdırılıb.

Qeyd edək ki, film yunanəsilli amerikalı opera müğənnisi Mariya Kallasın həyatından bəhs edir. Ekran işində Ancelina Mariyanı, Haluk isə yunanıstanlı iş adamı, milyarder Aristotel Onassisi canlandırıb.\ Qafqazinfo

 


SON XƏBƏRLƏR

04 Yanvar 2025